MİRZƏ FƏTƏLİ AXUNDOV
Mirzə Fətəli Axundzadə XIX esr Azərbaycan ədəbiyyatinin ən qudrətli sənətkarlarindan biridir.
HƏYATI. M. F. Axundzadə 1812-ci ildə .ŞƏKI də anadan olmuşdur. təhsilini əvvəlcə Şəkidə, sonra isə Gəncədə Molla Huseyn Pişnamazzadənin yaninda almişdir. Mirzə Fətəli Gəncədə oxuyarkən Mirzə Şəfidən xəttatlik sənətini oyrənir ve onunla dostluk edir. Ruhani olmak istəyən Mirzə Fətəli müəllimi ve dostu Mirzə Şəfi ilə söhbətdən sonra bu fikirden əl kəçir.
O, 1833-cu ildə Şəkidə rus məktəbində oxuyur ve bir ildən sonra Tiflisə gələrək, Qafqazin baş hakimi baron Rozenin dəftərxanasinda əvvəlcə Şərq dilləri üzrə tərcümeçi şagirdi, sonra ise vəzifəsinde çalişir.
Tiflis mühiti M. F. Axundzadənin dunya görüşünün ve bədii yaradiciliğini formalaşmasinda olduqca müsbət rol oynayir. O, Tiflisdə yaşayarkən bir müddət müəllim də işləmiş, sonra ise yerini müəllimi Mirzə Şəfi Vazehə vermişdir. M.F. Axundzadə 50-ci illərdə bədii yaradiciliq sahəsinde fealiyyətini genişləndirmişdir ve komediyalarini, "Zakire mektub" şe'rini, "Aldanmiş kəvakib" povestini Tiflisde çixan "Kafkaz" qəzetində nəşr etdirmişdir. (ruscaya tərcüməsinidə). Yaziçinin dram əsərləri 1853-cü ildə rus dilində "Komedii" adi ilə, 1859-cü ildə isə ana dilinde "Təmsilat" adi ile çap olunmuşdur. "Təmsilat" kitabina "Aldanmiş kəvakib" povestini də daxil etmişdir.
M. F Axundzadə 1857-ci ildən ömrünün sonunadək ərəb əlifbasini islah etmək sahəsinde çalişmiş, lakin isteyinə nail olabilmemişdir.
Yaziçi 1865-ci ilde "Kəmalüddövlə məktublari" adli bədii-fəlsefi əserini tamamlamişdir. M. F Axundzade bu eserlerini Mirze Yusif xanla birgə fars dilinə, Adolf Berje ile rus dilinə tercümə etmişdir. . (birge mətbədə açmak istəmişdir.) lakin "Kəmalüddövlə məktublari" M. F. Axundzadənin sağliğinda nəşr edilməmişdir.
M. F.Axundzadə 1878-ci ildə Tiflisdə vefat etmiş ve müəllimi Mirze Şefi Vazihin qəbri yaninda defn olunmuşdur.


